Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzada 193 akademik və 800 müəllim öldürülüb

Qəzzada 193 akademik və 800 müəllim öldürülüb


İsrailin Qəzzaya hücumları nəticəsində 193 akademik və 800 müəllimi qətlə yetirilib.

Newscenter.az xəbər verir ki, bu barədə Fələstin Hökumətinin Qəzzadakı Media Ofisinin direktoru İsmayıl əs-Savabite Anadolu Agentliyinin (AA) müxbirinə bildirib.

O deyib ki, 2023-cü il oktyabrın 7-dən soyqırımçı İsrail Qəzza zolağına hücumlarında infrastrukturu və həyati əhəmiyyətli obyektləri məhv etməklə yanaşı, müəllimləri və akademikləri hədəf alaraq elmi ictimaiyyəti məhv edir.


"İsrail bu addımı ilə Fələstin cəmiyyətində uzunmüddətli elmi və mədəni boşluq yaratmağı, institusional imkanları zəiflətməyi və gələcək nəsilləri biliklərdən məhrum etməyi hədəfləyir",-deyə vurğulayıb.


Xəbəri paylaş