Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzada ölənlərin sayı 63 minə çatır

Qəzzada ölənlərin sayı 63 minə çatır


Qəzzada İsrailin hücumları nəticəsində ölənlərin sayı 63 minə çatır.

Newscenter.az xəbər verir ki, bu barədə Fələstin Hökumətinin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı son 24 saatda 75 nəfər artaraq 62 min 819-a çatıb.

Bildirilib ki, son 24 saat ərzində Qəzza zolağında 75 nəfər ölüb, 370 yaralı xəstəxanalara çatdırılıb.

Yanvarın 19-da razılaşdırılmış atəşkəs rejiminin pozulmasından sonra İsrail ordusunun Qəzzada martın 18-dən bu günə qədər həyata keçirdiyi hücumlarda 10 min 975 fələstinlinin öldüyü, 45 min 588 fələstinlinin isə yaralandığı bildirilib.

Qəzzada humanitar yardım gözləyənləri hədəf alan hücumlarda son 24 saat ərzində 17 fələstinli ölüb, 122 fələstinli yaralanıb.

Mehman Mehdiyev
Xəbəri paylaş