
İordaniya Kralının dövlət səfəri çərçivəsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin İordaniyanın “Ən-Nəhda” (“Renessans”) ordeni ilə təltif edilməsi mərasimi keçirilib.
Newscenter.az Özbəkistan prezidentinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu ölkənin ali mükafatını dövlət başçısına İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn əl-Hüseyn şəxsən təqdim edib.
"Mən bu mükafatı çoxşaxəli əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə səylərimizin layiqli qiyməti, o cümlədən ölkəmizdə Üçüncü İntibah dövrünün əsasını yaradan Özbəkistan xalqına olan dostluq münasibətlərinin və hörmətin ifadəsi kimi böyük məmnunluqla qəbul edirəm" - deyə Mirziyoyev qeyd edib.
Prezident qeyd edib ki, bu yüksək mükafat Özbəkistan və İordaniya xalqları arasında möhkəm dostluğun rəmzi kimi öz layiqli yerini tutacaqdır.
Süleyman