Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daşkənddə tibbi tullantılardan alternativ istilik istehsal edən ilk zavod işə salınıb

Daşkənddə tibbi tullantılardan alternativ istilik istehsal edən ilk zavod işə salınıb


Daşkənddə tibbi tullantılardan alternativ istilik istehsal edən ilk zavod işə salınıb.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Tullantıların İdarə Edilməsi və Dairəvi İqtisadiyyatın İnkişafı Agentliyi məlumat verib.

Bildirilib ki, paytaxtın Çilanzor rayonunda 16 saylı Şəhər Xəstəxanasının yaxınlığında fəaliyyətə başlayan zavod sutkada 20 saat ərzində 6 ton tullantı yandırmaq gücünə malikdir və praktikada hər gün 3 ton tullantı emal olunur. İllik istehsal gücü 20 GWh-dir.
Həmçinin zavodun istismarının birinci mərhələsi - 2024-2025-ci illərdə investorun 7 milyon ABŞ dolları məbləğində vəsaiti əsasında Daşkənd, Səmərqənd və Buxara vilayətlərindən ildə 6 min ton tibbi tullantıların termik emal edilməsi planlaşdırılır.

“Sıfır tullantı” prinsipi əsasında ikinci mərhələdə 2026-2030-cu illərdə 108 milyon dollar investisiya hesabına ildə 90 min ton tullantı emalı və 300 GVt/saat gücündə zavodların tikintisi nəzərdə tutulur.

Yaxın vaxtlarda Daşkənd Tibb Universitetinin 2-ci xəstəxanası (Olmazar rayonu) və SamPİ-nin (Daşkənd rayonu) ərazilərində də belə zavodların tikintisi başa çatdırılacaq.

Süleyman
Xəbəri paylaş