
Bu il Türkiyədə 16-74 yaş arası insanlar arasında internetdən istifadə nisbəti 90,9 faizə çatıb.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, “Məişət İnformasiya Texnologiyalarından İstifadə Araşdırması-2025”in nəticələrinə görə, ölkədə internetdən istifadə göstəricisi 16-74 yaşlılar arasında 90,9 faizə çatıb. Bu göstərici ötən il yüzdə 88,8 olaraq qeydə alınıb. Bu yaş qrupunda internetdən istifadə nisbəti kişilərdə 93,6 faiz, qadınlarda isə 88,2 faiz olaraq qeydə alınıb.
“Elektron Hökumət” istifadəçilərinin nisbəti 76,1 faizə çatıb.
Son bir ildə rəsmi internet saytlarından və tətbiqlərdən şəxsi məqsədlər üçün istifadə edən və dövlət xidmətlərindən onlayn yararlananların nisbəti 76,1 faiz olaraq müəyyən edilib. Bu göstərici kişilərdə 82,8 faiz, qadınlarda 69,5 faiz təşkil edib. Elektron Hökumət xidmətlərindən istifadə edən şəxslərin yaş qrupları üzrə faiz nisbəti araşdırılarkən məlum olub ki, ən yüksək göstərici 25-34 yaş qrupu üzrə 92,8%, ən aşağı göstərici isə 65-74 yaş qrupu üzrə 29,6% təşkil edib.
Anar Əliyev