Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan Milli Muzeyi yaradılacaq

Özbəkistan Milli Muzeyi yaradılacaq


Özbəkistan Milli Muzeyi yaradılacaq.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Prezident Şavkat Mirziyoyev avqustun 27-də Özbəkistan Milli Muzeyinin tikintisinin təməl daşını qoyub.

Muzey Yaponiyanın “Tadao Ando Architect & Associates” memarlıq bürosu və Mədəniyyət və İncəsənətin İnkişafı Fondunun himayəsi altında Almaniyanın “Atelier Brückner” şirkəti tərəfindən layihələndirilib. Onun xarici görünüşü Şərq və Qərb mədəniyyətini özündə birləşdirən dairə, kvadrat və üçbucaq formasındadır. Kompleks 3 mərtəbəli muzey, 2 mərtəbəli zirzəmi və yardımçı tikililərdən ibarət olacaq. Onu Çinin CSCEC International Construction şirkəti tikəcək.

Süleyman
Xəbəri paylaş