
Ukrayna ətrafında cərəyan edən proseslər Kremlin getdikcə ziyanına işləyir. Avropa dövlətlərinin Ukraynaya hərbi dəstəyinin artması müharibədən Rusiyanı məğlub çıxara bilər.
Newscenter.az-ın xəbərinə görə, məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiya öz məğlubiyyətinin qürubunu yaşayır. Politoloq deyib ki, onun Azərbaycana təzyiqləri heç bir nəticə verməyəcək:
"Bu arada Prezident İlham Əliyevin Əl-Ərəbiyyə telekanalına verdiyi müsahibə də Rusiyada soyuq duş effekti yaratdı".
Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiyanın zəifləməsi Cənubi Qafqazda və Mərkəzi Asiyada yeni siyasi nizamın formalaşmasına gətirib çıxarır:
"Bugün Azərbaycan nəqliyyat, enerji habı kimi çıxış edir".
Anar Əliyev