Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ümumi daxili məhsul 115 milyard dollara çatıb

Ümumi daxili məhsul 115 milyard dollara çatıb


Son səkkiz ildə Özbəkistanda ümumi daxili məhsul 115 milyard dollara çatıb.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib. O bildirib ki, Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, bu il iqtisadiyyatımızın həcminin 130 milyard dolları ötəcəyi gözlənilir.

"Belə böyük tarixi nailiyyətlərin vaxtında və düşünülmüş şəkildə apardığımız genişmiqyaslı islahatların, ən əsası isə xalqımızın təfəkkürünün, dünyagörüşünün dəyişməsinin nəticəsidir. Tikdiyimiz binalar, müasir komplekslər, rahat yaşayış binaları, məktəb və uşaq bağçaları, tibb, mədəniyyət və idman obyektləri Yeni Özbəkistanın iqtisadi qüdrətini və nəhəng yaradıcılıq potensialını əyani şəkildə nümayiş etdirir. Əsas odur ki, sahəsindən asılı olmayaraq hər bir nailiyyət və nəticə, ilk növbədə, insan ləyaqətinin ucaldılmasına, onun hüquq və mənafelərinin təmin olunmasına xidmət edir", - deyə dövlət başçısı vurğulayıb.

Süleyman
Xəbəri paylaş