Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Asiya İnkişaf Bankı Özbəkistana 233,1 milyon dollar kredit ayırır

Asiya İnkişaf Bankı Özbəkistana 233,1 milyon dollar kredit ayırır


Özbəkistan Asiya İnkişaf Bankından (AİB) 233,1 milyon dollar kredit alacaq.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə AİB bəyan edib.

Bu vəsait A380 avtomobil yolunun modernləşdirilməsinə sərf olunacaq.

Ayrılan vəsait əsasında Qaraqalpaqıstan Respublikasında 87 kilometr yol yenilənəcək. O cümlədən, 75 kilometrlik Törtkül-Ellikqala-Beruni dolama yolu tikiləcək, həmçinin A380 avtomobil yolunun mövcud 12 kilometrlik hissəsi yenidən qurulacaq.

Layihənin ümumi dəyəri 293,7 milyon dollar təşkil edir ki, bunun da 60,6 milyon dollarını Özbəkistan təmin edəcək.

Tikinti işləri iqlimə davamlı texnologiyalardan - beton səkilərdən, qaldırılmış yol yatağından istifadə edilməklə aparılacaq, müasir drenaj sistemləri quraşdırılacaq.

Süleyman
Xəbəri paylaş