
"Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bir neçə məsələyə toxunub. Xüsusilə, Erməni Apostol Kilsəsinin başçısı İkinci Qareginlə bağlı mövqeyinin dəyişmədiyini vurğulamasıdır. Məhz İkinci Qareginin vəzifədən getməsi üçün əlindən gələni edəcəyini, yaxın zamanda bunun nəticəsinin olacağını qeyd etdi".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, sentyabr ayından başlayaraq N. Paşinyan yenidən Kilsənin üzərinə getməsi gözlənilir:
"Ermənistanda keçiriləcək seçkilərə kimi ikici Qareginin istefaya göndərməsi mümkün ola bilər. Həmçinin Kilsənin üzərinə getməklə, onun müxalifətə dəstəyini də neytrallaşdıra bilər. Məhz N. Paşinyanın da məqsədi budur.
Bundan əlavə, baş nazir ölkəsinin Avrasiya İttifaqından çıxacağını anonsunu verdi. Bu, Rusiya-Ermənistan əlaqələri kontekstində önəmli bir açıqlamadir. O, ölkəsinin Avropa İttifaqına üzvülüyünə maraqlı olduğunu və hər iki təşkilatda ola bilməyəcəyini bəyan etdi. Göründüyü kimi, N. Paşinyan Avrasiya İttifaqını deyil, Avropa İttifaqını seçdiyini mesajını verdi".
Anar Əliyev