
Bakının ictimai nəqliyyatında gediş haqqının qaldırılacağı ilə bağlı fikirlər səslənir.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən MCP-nin sədr müavini Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycanda ictimai nəqliyyat pensiyaçılara, tələbələrə, müəllimlərə, əlillərə və müharibə veteranlarına pulsuz olmalıdır:
"Bayram və xüsusi günlərdə ictimai nəqliyyat pulsuz xidmət göstərməlidir. Xərclərini dövlət qarşılamalıdır. Hələ də ictimai nəqliyyat bərbaddır. Baxmayaraq ki, yeni müasir sərnişin avtobusları gətirilib. Amma, düzgün idarəetmə olmadığı üçün bu sistem özünü doğrultmur. İctimai nəqliyyatda gediş haqqının qaldırılmasına deyil, aşağı salınmasına çalışılmalıdır".
Partiya rəsmisi qeyd edib ki, xalqin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülməlidir:
"Amma, yenidən gediş haqqının qaldırılması ilə bağlı müzakirələr başlayıb. Əvvəlcədən ödəniş sisteminə keçməklə, bir növ qabaqcadan pulu alıb, avtobusu xəttə buraxmamaq planı var".
Anar Əliyev