Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neft gəlirlərinin azaldığı bir vaxtda büdcə xərclərinə nəzarətin gücləndirilməsi çox önəmlidir

Neft gəlirlərinin azaldığı bir vaxtda büdcə xərclərinə nəzarətin gücləndirilməsi çox önəmlidir


Təəssüf ki, bir neçə gün əvvəl dövlət maliyyəsinin şəffaf idarə edilməsinə dair çox mühüm bir fərman (“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılması) imzalansa da, bu sənəd ölkə mediasında kifayət qədər gündəm ola bilmədi. Halbuki neft gəlirlərinin azaldığı bir vaxtda büdcə xərclərinə nəzarətin gücləndirilməsi hədsiz çox önəmlidir. Niyəsi hər kəsə məlumdur.

Bir sözlə, əsas yükü Maliyyə Nazirliyinin üzərinə düşəcək bu mexanizm keyfiyyətli icra olunarsa, (olunacağına inanım böyükdür- E.Ə.) növbəti illərdə multiplikativ effektlə iqtisadiyyata təsir edən əsas mexanizm olacaq

Çünki bu addım illərdir mövcud olan mənimsəmələrə, şişirdilmiş tenderlərə, səmərəsiz xərclərə və qeyri-şəffaf maliyyə əməliyyatlarına nəzarət emxanizmi qurmağı hədəfləyir. Artıq büdcə gəlir və xərcləri, dövlət şirkətlərinin dividendləri, büdcədənkənar fondlar və dövlət sifarişi ilə icra olunan layihələr rəqəmsal müstəvidə izlənəcək. Elektron müqavilələrin tətbiqi, xəzinədarlıq nəzarətinin gücləndirilməsi və maliyyə ekspertizasının genişləndirilməsi isə manipulyasiya imkanlarını minimuma endirəcək.

Əlbəttə, bu fərman nə qədər önəmli olsa da, onun taleyini icra keyfiyyəti müəyyən edəcək. Əgər bu sistem peşəkar kadrlarla,güclü texniki infrastrukturla və davamlı nəzarətlə həyata keçirilərsə, ölkəmizin maliyyə sistemi tamamilə yeni mərhələyə qədəm qoya bilər. Əks halda, gözləntilərin doğrulmaması riski qalacaq.

Hər halda, biz ilk dəfədir ki, maliyyə intizamını bu səviyyədə rəqəmsal izləmək imkanı yaradan bir mexanizmlə qarşılaşırıq. Bu isə gələcək üçün ümidverici bir başlanğıcdır.

Eldəniz Əmirov, iqtisadçı
Xəbəri paylaş