
Özbəkistan İrandan 300 min ton polad alacaq.
Newscenter.az "Tehran Times" istinadən xəbər verir ki, bununla bağlı İran Polad İstehsalçıları Assosiasiyası və Özbəkistan Metallurgiya Assosiasiyası polad sənayesində strateji əməkdaşlığın inkişafına dair memorandum imzalayıblar.
Özbəkistan nümayəndə heyətinin rəhbəri, Metallurgiya Assosiasiyasının sədri Gülbahor Tojimirzəyeva bildirib ki, Özbəkistanın metallurgiya sənayesi sürətlə inkişaf edir və İranın texnoloji təcrübəsini və sənayedəki nou-hauunu mənimsəməyə, eləcə də İranın polad zavodlarını Özbəkistan ərazisində yerləşdirməyə hazırdır.
O, həmçinin bildirib ki, İranın cənubundakı limanların infrastrukturu və logistikası qarşılıqlı ticarəti dəstəkləməyə hazırdır.
Süleyman