Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistana gələn turistlərin 45,5 faizini qadınlar təşkil edir

Özbəkistana gələn turistlərin 45,5 faizini qadınlar təşkil edir


2025-ci ilin yanvar-iyul aylarında Özbəkistana turizm məqsədilə ümumilikdə 6,3 milyon xarici vətəndaş səfər edib.

Newscenter.az Özbəkistanın Milli Statistika Komitəsinə istinadən bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2,1 milyon nəfər və ya 48,9 faiz artım deməkdir.

Ölkələr üzrə bölüşdürüldükdə Qırğızıstandan 1 milyon 846 min 30, Qazaxıstandan 1 milyon 466 min 535, Tacikistandan 1 milyon 441 min 618, Rusiyadan 536 min 849, Əfqanıstandan 267 min 485, Türkmənistandan 208 min 864, Türkmənistandan 3 min 864, Çindən 3 min 491 turist gəlib.

Gələn turistlərin yaş həddi əsasən 31-55 yaş arasındadır. Turistlərin 2,9 milyonunu qadınlar təşkil edib. Bu onu göstərir ki, turistlərin 45,5 faizi qadınlardır.

Süleyman
Xəbəri paylaş