Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin müsahibəsi ölkəmizin regional və qlobal proseslərdəki rolunu aydınlaşdırmaq baxımından strateji yol xəritəsi idi

Prezidentin müsahibəsi ölkəmizin regional və qlobal proseslərdəki rolunu aydınlaşdırmaq baxımından strateji yol xəritəsi idi


"Cənab Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının "Əl Ərəbiyyə" televiziya kanalına verdiyi müsahibə ölkəmizin regional və qlobal proseslərdəki rolunu aydınlaşdırmaq baxımından strateji yol xəritəsi idi".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, ilk öncə onu qeyd etmək lazımdır ki, ölkə rəhbəri jurnalistin ünvanladığı suallara olduqca dəqiq, əhatəli və faktlara əsaslanan cavablar verdi:

"Bu onun diplomatik biliklərinin dərinliyinin, siyasi proseslərlə hakimliyinin, milli maraqlarımızın təmin olunmasındakı prinsipiallığının və yüksək natiqlik qabiliyyətinin təcəssümü idi. Prezident çıxışı zamanı Azərbaycan - Ermənistan münasibətləri, Vaşinqton görüşü və əldə olunan razılaşmalar haqqında əhəmiyyətli fikirlər səsləndirdi. O, xarici təhdidlər və yaxud hakimiyyət dəyişiklikləri ehtimalları əsasında İrəvanın məsuliyyətini bir daha xatırlatdı. Yəni, qarşı tərəfdəki istənilən xaotik ssenari Ermənistanın prosesi dəstəkləyən qüvvələrlə münasibətlərinə mənfi təsir göstərə bilər. Xüsusilə, mövcud razılaşmalar fonunda Zəngəzur dəhlizinin reallaşmasına mane olmağa çalışan qüvvələrə hərbi gücün xatırladılması hesab edirəm ki, sətiraltı və olduqca sərt mesaj idi".

Pərviz Mirizadə deyib ki, Azərbaycan və Birləşmiş Ştatlar bu prosesdə birgə fəaliyyət göstərir:

"Prezident çıxışında Zəngəzur Koridorunun iqtisadi mahiyyətini, onun regional və interkontental əhəmiyyətini bir daha vurğuladı. Zəngəzur Koridoru yalnız Şərq-Qərb istiqamətində deyil, həm də Şimal - Cənub marşrutu kimi də funksionallıq göstərə bilər. Yəni, Rusiya və İran prosesə aydın və qarşılıqlı fayda prinsipi əsasında yanaşarlarsa bu hər kəs üçün bir fürsətdir.

Jurnalistin Rusiya ilə gərginləşən münasibətlərə diqqət çəkməsi və ölkə rəhbərinin bu çərçivədəki çıxışı hesab edirəm ki, son dövrlər Rusiyada artan anti-Azərbaycan ritorikasına qarşı Bakının mövqeyini bir daha qətiləşdirdi. Rəsmi Bakı Moskvanın mövcud proseslər fonunda ədalətli yanaşma sərgilənməsində israrlıdır və heç bir təhdid məsələnin mahiyyətini dəyişmək iqtidarında deyil.

Nəticə etibarilə cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər geniş spektrdə Azərbaycanın Cənubi Qafqaz, Orta Asiya, Avropa və Yaxın Şərq strategiyasının məcmusu idi".

Süleyman
Xəbəri paylaş