Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan tikinti materialları ilk dəfə Amerika bazarına çıxarılıb

Özbəkistan tikinti materialları ilk dəfə Amerika bazarına çıxarılıb


Bu ilin 27-28 avqust tarixlərində ABŞ-ın Los-Anceles şəhərində “Los Angeles Build Expo” sərgisi keçirilmişdir.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, builki sərgi Özbəkistan üçün tarixi əhəmiyyət kəsb edib. Ölkəmizin sahibkarları ilk dəfə olaraq “Made in Uzbekistan” brendi altında 25-dən çox növdə müasir tikinti materialları ilə iştirak ediblər.

Özbəkistandan “AKFA Extrusions”, “Alcopon Standard Trade”, “Bazalt Uzbekistan” kimi iri şirkətlər öz innovativ məhsullarını təqdim ediblər. Onların təqdimatları tikinti sənayesində enerji səmərəliliyi və davamlı inkişaf tələblərinə cavab verməsi baxımından xüsusilə diqqəti cəlb etmişdir.

Sərgi çərçivəsində beynəlxalq tərəfdaşlarla görüşlər, yeni ixrac müqavilələrinin imzalanması, iri investisiya layihələri üzrə danışıqlar aparılıb.

“Uzsanoatqurilishmaterialları” Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, cari ilin yanvar-iyul aylarında ABŞ-a 7,1 milyon ABŞ dolları dəyərində tikinti materialları ixrac edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur.

Özbəkistan tikinti materiallarına indi nəinki daxili bazarda, hətta beynəlxalq miqyasda da yüksək tələbat var. Bu sərgidə iştirak özbək istehsalçılarına ABŞ bazarında geniş yol açıb və yeni imkanların qapısını açıb.

Qeyd etmək vacibdir ki, “Made in Uzbekistan” beynəlxalq keyfiyyət və etimad simvolu kimi tanınır.

Süleyman
Xəbəri paylaş