
Qazaxıstanda cinayətkarlıq 13% azalıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Qazaxıstanın daxili işlər naziri Yerjan Sadenov deyib. O bildirib ki, hər gün ictimai asayişin qorunması üçün 14 mindən çox polis və Milli Qvardiyanın hərbçisi səfərbər olunur.
Polis 10 mindən çox cinayətin üstünü açıb, 10 milyona yaxın inzibati xətanın qarşısını alıb.
Aparılan qabaqlayıcı tədbirlər sayəsində cinayətlərin sayı 13% - ötən illə müqayisədə 9 min fakt azalıb. Qətl, quldurluq, soyğunçuluq, xuliqanlıq, oğurluq və mal-qara oğurluğu azalıb.
Onun sözlərinə görə, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən ictimai yerlərdə və silahla törədilən cinayətlər artıb.
Anar Əliyev