
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə cari ilin avqustun 22-də Türkmənistan şəhərinə işgüzar səfər etmişdir. Bununla yanaşı həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə sənədlərin imzalanması mərasimidə həyata keçirilmişdir. Faktlar göstərir ki, Azərbaycan və türkmən xalqları arasında əlaqələrin tarixi qədimdir. Hər iki xalq həm də XX əsrdə eyni taleyi bölüşüblər".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Zülfiyyə Mahmudova deyib. O bildirib ki, müstəqilliklərini bərpa etdikdən sonra Azərbaycan və Türkmənistan arasında münasibətlər yeni mərhələyə qədəm qoyub:
"Xüsusən son illər Azərbaycan-Türkmənistan əlaqələrinin daha da inkişafı baxımından mühüm mərhələ hesab oluna bilər. Çünki bu illərdə dövlət başçılarının qarşılıqlı səfərləri və digər yüksəksəviyyəli rəsmilərin səfərləri daha da intensiv xarakter almışdır".
O deyib ki, Azərbaycan, Türkmənistan və Qazaxıstan ölkələri arasında mövcud olan strateji tərəfdaşlıq təkcə siyasi ritorikaya deyil, real iqtisadi və institusional əsaslara söykənir:
"Ortaq enerji resursları, logistik imkanlar və tarixi-mədəni yaxınlıq bu əlaqələrin daha da dərinləşməsinə təkan verəcəkdir".
Anar Əliyev












































