
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində 2030-cu ilə qədər narkomaniyaya qarşı mübarizə proqramının hazırlanması təklif olunub.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, belə bir təkliflə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış edib. O, ŞƏT-in Çinin Tiencin şəhərində keçirilən sammiti zamanı cinayətkarlığa qarşı mübarizə məqsədilə digər mühüm addımların atılmasını da vacib sayıb.
Özbəkistan Prezidenti deyib ki, transsərhəd təhdidlərlə səmərəli mübarizə aparmaq üçün Daxili İşlər və İctimai Təhlükəsizlik Nazirlər Şurasının işinin bərpası zəruridir:
"Həmçinin, cinayətkarlıqla Mübarizə üzrə Əməkdaşlıq haqqında Sazişə yenidən baxılması lazımdır".
Süleyman