Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan ŞƏT üçün maraqlı tərəfdaşdır

Azərbaycan  ŞƏT üçün maraqlı tərəfdaşdır


“Azərbaycan–Çin münasibətləri artıq strateji xarakter daşıyır. Yüksəksəviyyəli dialoq və qarşılıqlı səfərlər iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat və humanitar sahələrdə tərəfdaşlıq üçün geniş imkanlar açıb”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. hər iki ölkə beynəlxalq dəyərlərə — sülh, ədalət və çoxtərəfli sistemin qorunmasına istiqamətli səylərini genişləndirmək niyyətindədir:

“Pekin və Bakı təkcə ikitərəfli deyil, eyni zamanda çoxtərəfli formatda yüksək səviyyəli əməkdaşlıq edir. BMT, Şanxay Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində hər iki ölkə bir-birini dəstəkləyir. Eyni zamanda iki iqtisadi sahədə yüksək səviyyəli əməkdaşlıq mövcuddur”.

Çinin Azərbaycanın “Orta Dəhliz” (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsində vacib tərəfdaşlardan biri olduğunu diqqətə çatdıran Arzuman Muradlı onu da deyib ki, Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünə Çinin dəstəyi var və bu təşəbbüs çərçivəsində əməkdaşlıq genişlənir:

“Həmçinin, Azərbaycanla Çin arasında enerji və nəqliyyat sahələrini əhatə edən perskpektivli əməkdaşlıq imkanları mövcuddur. Bildyiniz kimi Çin şirkətləri Azərbaycanda enerji və infrastruktur layihələrində iştirak edir. Nəqliyyat baxımından Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Çin üçün Avropaya çıxış baxımından strateji əhəmiyyət kəsb edir. Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq isə Çinlə iqtisadi sahədə yeni perspektivlər ortaya qoyur”.

Şanxay Əməkdaşlıq Təşkilatının 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən yaradıldığını deyən Arzuman Muradlı Azərbaycan hazırda ŞƏT-in dialoq tərəfdaşı statusuna malik olduğunu söyləyib:

“Bu status ona təşkilatla siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq imkanları yaradır, lakin qərarların qəbulunda səs hüququ vermir. 2016-cı ildə Azərbaycan rəsmi olaraq dialoq tərəfdaşı statusu aldı. Ölkə rəhbərliyi bir neçə dəfə bəyan edib ki, Azərbaycan regional əməkdaşlığa və ŞƏT-lə daha sıx əməkdaşlığa önəm verir. Çünki Azərbaycanın enerji resursları və Cənub Qaz Dəhlizi kimi layihələr ŞƏT məkanında maraq doğurur. Eyni zamanda Orta Dəhliz (Transxəzər beynəlxalq nəqliyyat marşrutu) çərçivəsində Çin və Orta Asiya ölkələri ilə logistik əməkdaşlıq perspektivlidir”.

İctimai birlik sədri deyib ki, Azərbaycanın balanslı xarici siyasəti çərçivəsində həm Qərblə, həm də Şərqlə əməkdaşlıq etməsi, onu ŞƏT üçün maraqlı tərəfdaş edir:

“Tərəfdaşlığın genişləndirilməsi gələcəkdə Azərbaycanın müşahidəçi və ya tam üzv statusu üçün müraciət etməsi mümkündür. ŞƏT çərçivəsində birgə iqtisadi zonalar, sərmayə layihələri və nəqliyyat infrastrukturlarında əməkdaşlıq genişlənə bilər”.

Süleyman
Xəbəri paylaş