Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran parlamentinin Zəngəzur təşvişi

İran parlamentinin Zəngəzur təşvişi


"İran parlamentinin Zəngəzur dəhlizinə qarşı bəyanat qəbul etməsi, birbaşa Ermənistanı hədəf almaqdan ibarətdir. Zəngəzur dəhlizi Ermənistan ərazisidir və rəsmi Yerevanın razılığı ilə açılıb".

Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, "Zəngəzur dəhlizi" ilə bağlı məsələ İran siyasi sistemində ciddi fikir ayrılıqları və siyasi böhrana gətirib çıxarıb:

"Xüsusilə, prezident M. Pezeşkian və onun administrasiyası Zəngəzur dəhlizinə dəstək verir. Amma, Ali dini rəhbər Ə. Xamnei və ona bağlı mühafizəkar qurumlar Zəngəzur dəhlizinə qarşı çıxır və prezidenti hədəf alırlar.

Məhz İran parlamentinin məlum bəyanatı Ali dini rəhbərin siyasi göstərişləri ilə edilib. Parlament və Ali dini rəhbərə tabe olan qurumlar prezident M. Pezeşkianın qonşularla normal siyasətin aparılmasına imkan vermir. Hətta, prezidenti İsrailə xidmət etməkdə ittiham edirlər".

Politoloq qeyd edib ki, İranda güclü olan mühafizəkar dairələr xalqın seçdiyi prezidentə qarşı hərəkətə keçib:

"Proseslər bu müstəvidə davam edərsə, növbəti mərhələdə M.Pezeşkianın seçkilərə qatılmasına icazə verilməyə bilər. Həmçinin onun hazırda öz səlahiyyətlərindən istifadə edib, İranı beynəlxalq birliklə normal münasibətlər qurmasına imkan verilmir. Faktiki olaraq prezident M. Pezeşkian səlahiyyətsiz bir çərçivəyə salınıb. Baxmayaraq ki, 12 günlük müharibədə M. Pezeşkian xalqla birgə oldu".

Politoloq hesab edir ki, yaxın perspektivdə İran öz siyasətində korrektlər etməsə, İsrail və ABŞ İslam respublikasına yenidən hərbi əməliyyatlara başlaya bilər.

Süleyman
Xəbəri paylaş