Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ŞƏT daxilində “Turist dəhlizi”nin yaradılması təklif edilir

ŞƏT daxilində “Turist dəhlizi”nin yaradılması təklif edilir


“Turist dəhlizi” və ŞƏT-in Tibbi Turizm Alyansının fəaliyyətə başlaması kimi perspektivli layihələrin hazırlanması təklif olunub.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev səsləndirib.

ŞƏT sammitində çıxışı zamanı o qeyd edib ki, beynəlxalq xalq yaradıcılığı festivallarının keçirilməsi, “ŞƏT Universiteti” tərəfdaşlıq şəbəkəsinin onlayn şəhərciyinin yaradılması, tələbə və gənc mütəxəssislər arasında innovativ istiqamətlər üzrə hər il müsabiqə və olimpiadaların təşkili humanitar mübadilələrin inkişafına güclü təkan verəcək, xalqlarımızı daha da yaxınlaşdıracaq.

“Mədəni əlaqələrin daha da dərinləşdirilməsi və xalq diplomatiyası institutunun gücləndirilməsi ŞƏT çərçivəsində uzunmüddətli tərəfdaşlığın mühüm amillərindəndir”, - Özbəkistan Prezidenti bildirib.

Süleyman
Xəbəri paylaş