
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibə vermişdir.
Ölkə başçımız telekanala verdiyi müsahibədə bir çox mühüm məqamlara toxunaraq bildirmişdir ki, təqribən beş il bundan əvvəl 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı. Bundan sonra prosesdə müəyyən bir boşluq yarandı, çünki o zaman vasitəçilər artıq hansı addımı atmalı olduqlarını bilmirdilər və məhz Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif etdi. Yenə də məhz biz danışıqlar formatının təşəbbüskarı olduq.
Dövlət başçımız “Tramp marşrutu” adlandırılan Zəngəzur dəhlizi barədə də suala çox gözəl cavab verərək onuda qeyd etmişdir ki, əslində bu dəhlizin Azərbaycana aid coğrafi hissə və marşrut olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. 1920-ci ilin aprelində rus ordusunun işğalından cəmi bir neçə ay sonra “Qərbi Zəngəzur” adlandırdırılan legitim ərazimizin Ermənistana verilməsi ilə Azərbaycanın suveren dövlətçilik aktı, beynəlxalq hüquq prinsipi pozulub, Azərbaycan əsas hissə və Naxçıvan olmaqla iki yerə bölünüb. Bu geosiyasi məntiq və beynəlxalq yanaşma bir daha ona dəlalət edir ki, Qərbi Zəngəzur adlı tarixi torpağımızdan keçəcək yeni kommunikasiya ərazisi sözün hər bir mənasında Azərbaycan marşrutu kimi səciyyələndirilə bilər.
Fərid Hacıbəyli
YAP Yevlax rayon təşkilatının əməkdaşı