
“Özbəkistan-Belarus: əməkdaşlıq davamlı inkişafın amili kimi” mövzusunda qadın sahibkarların üçüncü biznes forumu keçiriləcək.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, forumda sənaye, sosial-iqtisadi sektorlar, yerli nümayəndəliklər və gənclər əməkdaşlığından tutmuş, 7 bölmədən ibarət olacaq.
Həmçinin, Belarusun Vitebsk şəhərində qida, əczaçılıq, yüngül sənaye, turizm, sənətkarlıq, elektron avadanlıq sektorlarında fəaliyyət göstərən 70-dən çox qadın sahibkar öz məhsul və xidmətlərini nümayiş etdirəcək “Özbəkistanda istehsal” milli sərgisi təşkil olunacaq.
Qeyd edək ki, tədbirlərdə iştirak etmək üçün Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti Belarusun Vitebsk şəhərinə rəsmi səfərə gedib.
Səfər çərçivəsində nümayəndə heyətinin bir sıra tədbirlərdə iştirakının planlaşdırıldığı bildirilir. Bunlara Özbəkistan və Belarus Parlamentləri arasında Əməkdaşlıq Komissiyasının plenar iclası da daxildir.
Süleyman