Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk Hava Yollarının (THY) 10 il sonra Liviyaya uçuşları bərpa edilib

Türk Hava Yollarının (THY) 10 il sonra Liviyaya uçuşları bərpa edilib



Türk Hava Yollarının (THY) Liviyanın Misrata şəhərinə müntəzəm uçuşları 10 ildən sonra bərpa edilib.

Newscenter.az THY-yə istinadən bildirir ki, 2015-ci ildə ölkədə vətəndaş iğtişaşları səbəbindən dayandırılan uçuşlar İstanbul Hava Limanından “TK 1145” reysi ilə bərpa olunub.

THY təyyarəsinin Misrata Beynəlxalq Hava Limanına enişi üçün təşkil edilən mərasimdə Türkiyənin Tripolidəki səfiri Güven Begeç, Liviyanın nəqliyyat naziri Məhəmməd əl-Şuhubi, Türk Hava Yolları Satış prezidenti Mahmud Yayla və digər rəsmilər iştirak edib.

Səfir Begeç çıxışında Misrata uçuşlarının bərpasının iki ölkə arasındakı tarixi qardaşlığın nəticəsi olduğunu bildirib.

İki ölkənin dost və qardaş olduğunu ifadə edən Begeç, "Bizim dostluğumuz, yoldaşlığımız fərqli xarakter daşıyır. Xüsusi münasibətlərin nəzərəçarpacaq nəticələr verəcəyi gözlənilir. Türk Hava Yollarının Misrata uçuşlarına yenidən başlaması əhəmiyyətlidir. Bu uçuşlar təbii ki, ticari, iqtisadi və humanitar əlaqələrə töhfə verəcək. ”,-deyə bildirib.

Anar Əliyev
Xəbəri paylaş