Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzada aclıqdan ölənlərin sayı 367 nəfərə çatıb

Qəzzada aclıqdan ölənlərin sayı 367 nəfərə çatıb


Qəzzada aclıqdan ölənlərin sayı son 24 saatda 6 nəfər artaraq 131-i uşaq olmaqla 367-yə çatıb.

Newscenter.az xəbər verir ki, bu barədə Fələstin Hökumətinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) avqustun 22-də Qəzzada aclıq elan etdikdən sonra 16-sı uşaq olmaqla 89 nəfərin aclıq və qidalanmadan öldüyü məlum olub.

IPC tərəfindən dərc edilən son hesabatda deyilir ki, sübutlar 15 avqust 2025-ci il tarixinə Qəzza şəhərində aclığın "fəlakətli" olaraq bilinən 5-ci səviyyədə olduğunu təsdiqlənib.

Hesabatında deyilir ki, 22 aylıq amansız qarşıdurmadan sonra Qəzza zolağında yarım milyondan çox insan aclıq, yoxsulluq və ölümlə səciyyələnən fəlakətli şəraitlə üzləşir.

Mehman Mehdiyev
Xəbəri paylaş