Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə avtobus qəzası, çoxlu sayda yaralı var

Türkiyədə avtobus qəzası, çoxlu sayda yaralı var


Türkiyədə sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Şanlıurfada qeydə alınıb. Məlumata görə, Şanlıurfa-Qaziantep magistral yolunun Suruç rayonu yaxınlığında səhər saatlarında sərnişin avtobusu idarəetməni itirərək aşıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və jandarma qrupları sövq edilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra yaralılar təcili yardım maşını ilə Şanlıurfa və Nizip rayonlarındakı xəstəxanalara aparılıb.

Qəza nəticəsində üçü ağır olmaqla 27 nəfər xəsarət alıb. Ümumilikdə avtobusda sürücü də daxil 43 sərnişin olub.

Anar Əliyev
Xəbəri paylaş