Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çinli investorlar Qazaxıstanda suölçən cihazların istehsalına başlayıblar

Çinli investorlar Qazaxıstanda suölçən cihazların istehsalına başlayıblar


Çinli investorlar Qazaxıstanda kanallarda suyun ölçülməsi üçün avtomatlaşdırma texnologiyalarının istehsalına başlamaq niyyətindədirlər.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Su Təsərrüfatı və Suvarma Nazirliyi məlumat verib.

Nazir Nurjan Nurjigitov Çinin iri müəssisələrinin nümayəndələrindən ibarət nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətinə Yellow River Engineering Consulting şirkətinin baş iqtisadi meneceri Yin Dewen rəhbərlik edib.

İclasda Qazaxıstanda yeni hidrotexniki qurğuların tikintisi və suvarma kanallarının avtomatlaşdırılması məsələləri müzakirə olunub. Tərəflər həmçinin su təsərrüfatı sektoruna Çin investisiyalarının cəlb edilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

️Biz 2030-cu ilə qədər Su Ehtiyatlarının İdarə Edilməsi Sisteminin İnkişafı Konsepsiyası çərçivəsində layihələrə xarici tərəfdaşları fəal şəkildə cəlb edirik. Sənəddə qeyd olunan mühüm göstəricilərdən biri də ən azı 3500 kilometr uzunluğunda kanalların modernləşdirilməsi və rəqəmsallaşdırılmasıdır.

Mehman Mehdiyev
Xəbəri paylaş