
Ölkənin ali təhsil müəssisələrinə yüksək balla qəbul olunan gənclərlə respublikanın müxtəlif bölgələrində görüşlər davam edir. Belə görüşlərdən biri Xaçmaz şəhərində baş tutub.
Newscenter.az xəbər verir ki, sözügedən rayondan Milli Məclisə deputat seçilmiş Ağalar Vəliyev ənənəsinə sadiq qalaraq ali məktəblərə yüksək balla qəbul olunmuş gənclərlə görüşüb.

Belə ki, millət vəkili Ağalar Vəliyevin dəstəyi və təşəbbüsü ilə Xaçmazda ali məktəblərə 400 baldan yüksək nəticə göstərərək qəbul olan 116 məzuna müxtəlif məbləğlərdə pul mükafatları təqdim olunub.
Gənclər bu nəcib təşəbbüsü və xeyirxahlığa görə millət vəkilinə təşəkkür edib, göstərilən diqqət və qayğını doğruldacaqlarına əminlik ifadə ediblər. Deputat Ağalar Vəliyev gənclərə ali təhsil həyatında uğurlar arzulayıb.

Süleyman