
Qazaxıstanda dərman qiymətləri artıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu səbəbdən ölkədə vətəndaşlar dərmanlara daha az pul xərcləməyə başlayıblar.
Məlumata görə, 2025-ci ilin ikinci rübündə qazaxıstanlı ailələr səhiyyəyə daha az pul xərcləməyə başlayıblar. Bu dövrdə orta hesabla 28 800 tenge xərclənib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% azdır.
Xərclərin əsas hissəsi dərman vasitələri, tibbi avadanlıq və tibbi təyinatlı cihazlara sərf olunub.
Respublikada ən yüksək xərclər Qaraqanda vilayətində qeydə alınıb: hər ailəyə 18400 tenge, keçən illə müqayisədə praktiki olaraq dəyişməyib.
Avqustda dərman vasitələrinin qiyməti orta hesabla ayda 1,5%, ildə isə 9,9% artıb. Ən bahalı beş məhsul aktivləşdirilmiş karbon (10,7%), asetilsalisil turşusu (4,1%), No-shpa (4%), Kanefron H (3,8%) və Corvalol (3,3%) olub.
Mehman Mehdiyev