Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Qazaxıstana məxsus yük maşınlarını sərhddən buraxmır

Rusiya Qazaxıstana məxsus yük maşınlarını sərhddən buraxmır


Rusiya-Qazaxıstan sərhədində yük maşınlarının keçidində ciddi problem yaranıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Rusiya istiqamətində 100-ə yaxın yük maşını yığılıb. “Kurmanqazı” keçid məntəqəsi isə sutka ərzində bir istiqamətdə 250-yə yaxın nəqliyyat vasitəsini keçə bilib.

Hazırda “Atırau-Həştərxan” avtomobil yolunda təmir işlərinin başa çatması ilə əlaqədar nəzarət-buraxılış məntəqəsinə sutkada 300-350-yə yaxın avtomobil daxil olur.

Qeyd edək ki, Qərbi Qazaxıstan vilayətində avqustun 1-dən “Sırım” keçid məntəqəsində təmir işlərinə başlanılıb. Rusiyanın Samara vilayətində isə sentyabr ayından Qazaxıstan tərəfdən keçən yük maşınlarına ciddi nəzarət həyata keçirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş