
Cari ilin 9 ayında 509 min suriyalı öz ölkələrinə qayıdıb.
Newscenter.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya deyib.
Nazir qeyd edib ki, 8 dekabr 2024-cü ildən bu yana ümumilikdə 509 min 387 suriyalının ölkələrinə qayıdışı təmin olunub.
Nazir Yerlikaya sosial media hesabından verdiyi açıqlamada Türkiyənin suriyalıların könüllü qayıtmalarında yanında olduğunu bildirib.
Yarlıkaya qeyd edib ki, 2016-cı ildən bu yana könüllü olaraq ölkələrinə qayıdan suriyalıların ümumi sayı 1 milyon 249 min 390 nəfərə çatıb.
Yerlikaya, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə miqrasiyanı tarixi təcrübə, humanitar yanaşma və rasional perspektivlə idarə etdiyini və bu modelin dünyaya nümunə olduğunu bildirib.
Anar Əliyev