Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çilidən olan parlamentarilər “ASAN xidmət”də

Çilidən olan parlamentarilər “ASAN xidmət”də



Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Çili Respublikası Milli Konqresi Senatının nümayəndə heyəti ilə görüşüb.

Newscenter.az xəbər verir ki, qonaqlara “ASAN xidmət” mərkəzləri barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb.

Qonaqlar “ASAN xidmət”in, eləcə də Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihələrin onlarda böyük təəssürat yaratdığını, bu təcrübənin Çili tərəfi ilə paylaşılmasında maraqlı olduqlarını bildiriblər.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş