Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İtaliya prezidenti Qazaxıstana gəlib

İtaliya prezidenti Qazaxıstana gəlib


İtaliya prezidenti Sercio Mattarella Qazaxıstana səfərə gəlib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Qazaxıstan prezidenti italiyalı həmkarını Astanada qəbul edib.

Təntənəli tədbirdə hər iki ölkənin rəhbərləri əvvəlcə nümayəndə heyətlərini bir-birinə təqdim ediblər. Fəxri qarovul dəstəsi düzüldükdən sonra İtaliya və Qazaxıstanın himnləri səsləndirilib.

Danışıqlar kiçik, daha sonra geniş tərkibdə keçirilib. Prezidentlər ticarət-iqtisadi, investisiya və mədəni-humanitar əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər.

Mehman Mehdiyev
Xəbəri paylaş