
Özbəkistanda şoranlaşmış torpaqlardan kənd təsərrüfatı üçün istifadə ediəcək.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bununla bağlı məsələ Özbəkistanın kənd təsərrüfatı naziri İbrohim Abduraxmonovun Şorlaşmış Torpaqlarda Kənd Təsərrüfatı Tədqiqatları Beynəlxalq Mərkəzinin (ICBA) baş direktoru Dr.Tarifa Alzaabi ilə görüşdə müzakirə edilib.
Söhbət zamanı Özbəkistan və ICBA arasında əməkdaşlığın yeni səviyyəyə çıxarılması və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Görüşün əvvəlində ICBA ilə ali təhsil və elmi-tədqiqat müəssisələri arasında elmi əməkdaşlığın genişləndirilməsi məsələsi qaldırılıb.
“Daşkənd və Fərqanə vadisində yerli icmaların dəstəklənməsi” layihəsi də müzakirə olunub. O, aztəminatlı əhali üçün dayanıqlı gəlir mənbələrinin yaradılmasına yönəlib və kəndli və kiçik təsərrüfatlarda gəlirli bitki sortlarının tətbiqini nəzərdə tutur.
Mehman Mehdiyev