Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarşıdakı illərdə Aral dənizinin 80 faizi yaşıl örtüklə örtüləcək

Qarşıdakı illərdə Aral dənizinin 80 faizi yaşıl örtüklə örtüləcək


Aral dənizinin ekosisteminin bərpası üzrə işlər davamlı şəkildə davam etdirilir.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bunu prezident Şavkat Mirziyoyev deyib. O, qurumuş dəniz dibində 2 milyon hektar sahədə duza davamlı səhra bitkilərinin salındığını və 2030-cu ilə qədər bu ərazinin 80 faizində yaşıl örtüyün yaranacağını qeyd edib.

Qeyd edək ki, prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə 2021-ci il mayın 18-də BMT Baş Assambleyasının 75-ci sessiyasında “Aral dənizi regionunun ekoloji innovasiyalar və texnologiyalar zonası elan edilməsi haqqında” xüsusi qətnamə qəbul edilib.

2021-2024-cü illərdə Aral dənizi regionunda həyata keçiriləcək 7 istiqamət üzrə 71 tədbirdən ibarət “Yol xəritəsi” təsdiq edilib.

Süleyman
Xəbəri paylaş