Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərb yeni koalisiya yaradıb

Qərb yeni koalisiya yaradıb


“Fiqaro” nəşrinin məlumatına görə,

12 ölkə Fələstini dəstəkləmək üçün koalisiya yaratdığını elan edib.

Newscenter.az xəbər verir ki, bu barədə “Fiqaro” nəşri yazıb.

Məqalədə deyilir ki, Fələstin Muxtariyyətinə üzləşdiyi misli görünməmiş maliyyə böhranını aradan qaldırmaq üçün maliyyə sabitliyini təmin etmək məqsədilə fövqəladə koalisiya yaradılır.

Fransa, Belçika, Böyük Britaniya, Danimarka, İrlandiya, İslandiya, İspaniya, Norveç, Səudiyyə Ərəbistanı, Sloveniya, İsveçrə və Yaponiya yeni strukturda iştirak edəcəklərini elan ediblər. Bəyan edilmiş məqsədə uyğun olaraq, bu ölkələr Ramallahda yerləşən Fələstin Muxtariyyətinə 170 milyon dollar ayıracaq.

Böyük Britaniya sentyabrın 21-də Fələstin dövlətini rəsmən tanıdıqdan sonra Kanada, Avstraliya və Portuqaliya da eyni addımı atdı. Daha bir çox dövlətlər yaxın gələcəkdə yuxarıdakı ölkələrdən nümunə götürəcəklərini açıqladılar.

Mehman Mehdiyev
Xəbəri paylaş