
İtaliyanın paytaxtında böyük qazax şairi Abay Kunanbayulunun heykəli ucaldılacaq.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, bunu Kasım-Jomart Tokayev Akordada İtaliya prezidenti ilə görüşündə deyib.
Prezidentin sözlərinə görə, bu gün Astanada küçələrdən birinə dahi italyan səyyahı Marko Polonun adı verilib.
Dövlət başçısı bu gün həmçinin İtaliya prezidentinə 1-ci dərəcəli “Dostluq” ordenini təqdim edib.
Sercio Mattarella isə Astanada italyan mədəniyyət mərkəzinin açıldığını elan edib. Bu, Mərkəzi Asiyada ilk belə açılışdır.
Anar Əliyev