Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq idman yarışlarının ölkəmizdə keçirilməsi Azərbaycanın daha yaxından tanıdılması baxımından əhəmiyyətlidir

Beynəlxalq idman yarışlarının ölkəmizdə keçirilməsi Azərbaycanın daha yaxından tanıdılması baxımından əhəmiyyətlidir


Azərbaycanda III MDB oyunları keçirilir. Artıq bir neçə gündür ki, quruma üzv ölkələrin idmançıları müxtəlif idman növlərində öz qüvvələrini sınayırlar. Gəncə şəhəri başda olmaqla respublikanın 7 şəhər və rayonunda baş tutan yarışlarda 23 idman növü üzrə 2 minə yaxın idmançı mübarizə aparır.

Newscenter.az xəbər verir ki, “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı bu cür idman yarışlarının keçirilməsinin Azərbaycanın təbliği, daha yaxından tanıdılması baxımından əhəmiyyətli olduğunu deyib. İctimai birlik sədri qeyd edib ki, xüsusilə yarışların ölkəmizin regionlarında, şəhər və rayonlarında baş tutması ayrı-ayrı bölgələrimizin adət-ənənələri, yerli mətbəxi, özəl xüsusiyyətlərinin təbliğ edilməsi, onun beynəlxalq miqyasda tanıdılması baxımından əhəmiyyətlidir:

“Hesab edirəm ki, bir müddət sonra Qarabağ və Şərqi Zəngəzurda anoloji beynəlxalq idman yarışı təşkil edə bilərik. Buna həm ölkəmizin potensialı, imkan verir, həm də bölgənin əlverişliliyi hansısa beynəlxalq idman yarışlarının məhz Qarabağ və Şərqi Zəngəzurda keçirilməsini mümkün edir:

“Qarabağ və Şərqi Zəngəzurda yaxın vaxtlarda hansısa beynəlxalq idman yarışının keçirilməsi postmüharibə dövründə Azərbaycan dövlətinin burada həyata keçirdiyi quruculuq-abadlıq işlərinin dünyaya çatdırılması, bölgənin əlverişli turizm potensialının təbliği baxımından əhəmiyyətli ola bilər. Azərbaycanın belə beynəlxalq yarışlar, idman oyunları keçirməsi üçün kifayət qədər təcrübəsi, eyni zamanda potensialı var”.

Süleyman
Xəbəri paylaş