
Son altı ildə Özbəkistanda 4682 meqavat gücündə 12 günəş və 5 külək elektrik stansiyası istifadəyə verilib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən xəbər verir ki, bunu energetika naziri Curabek Mirzəmaxmudov deyib. O bildirib ki, göstərilən müddət ərzində 300 meqavat gücündə 2 enerji anbar sistemi və 3274 meqavat gücündə 8 müasir istilik elektrik stansiyası da istifadəyə verilib:
"2025-ci ilin birinci yarısında günəş və külək elektrik stansiyalarının istehsal etdiyi ümumi elektrik enerjisi 8 milyard kilovatsaatı ötüb. Bu, ölkə üzrə ümumi istehsalın 22 faizini təşkil edib. 2030-cu ilə qədər bu rəqəmin 54 faizə çatdırılması planlaşdırılır".
Süleyman