
Qazaxıstanda ağır yol qəza hadisəsi baş verib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, hadisə Almatı vilayətində qeydə alınıb.
Regional polis idarəsindən verilən məlumata görə, faciəvi hadisə Almatı-Bişkek yolunun 107-ci kilometrliyində baş verib. Belə ki, “Lexus” və “Toyota Alphard” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində 8 nəfər hadisə yerində ölüb. İki nəfər xəstəxanaya çatdırılıb.
Hazırda ibtidai istintaq tədbirlərinə başlanılıb.
Mehman Mehdiyev