
"İnsanların anidən ölməsi halları çoxalmaqdadır. Bu halların daha çox uşaqlar və gənclər arasında baş verməsi, hər kəsi narahat edir və səhiyyəmiz nə üçün siqnal təbili çalmır? Bu istiqamətdə ciddi tədbirlər həyata keçirmir?".
Newscenter.az xəbər verir ki, bunları həkim Çingiz Şahbazi deyib. O bildirib ki, dünyanın istənilən ölkəsində bütün xəstəliklərin maksimum və minimum dərəcələrinin göstəriciləri üzrə hər il qeydiyyat aparılır:
"Bu göstəricilər mövcud xəstəliklərə qarşı mübarizə aparmaq məqsədi daşıyır və ölkədə xəstəlikləri nəzarətdə saxlamaq imkanı əldə olunur. Nədənsə bu istiqamətdə işlər ürəkaçan deyil və ümumiyyətlə digər ciddi xəstəliklərlə də, səhiyyə tərəfindən mübarizə elementlərinə rast gəlinmir".
Anar Əliyev












































