Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Skuter və moped sürmək üçün sürücülük vəsiqəsi məcburi olacaq

Skuter və moped sürmək üçün sürücülük vəsiqəsi məcburi olacaq


Oktyabrın 1-dən Özbəkistanda moped və skuter sürücüləri üçün yeni qayda qüvvəyə minir.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, sözügedən nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq. Bu, oktyabrın 1-dən Özbəkistanda qüvvəyə minəcək qanunvericilik dəyişikliklərinə əsasən olacaq.

Skuter və ya mopedin qeydiyyatının qiyməti 3,7 BHM (1 525 400 sum) müəyyən edilib. Təlim kurslarının qiyməti 2 milyon soma qədərdir. Sertifikat almaq üçün dövlət rüsumu 288 400 sum təşkil edir. Nömrə əldə etmək BHM-dən 1,5 dəfə çoxdur — 618 min sum. Ümumi dəyəri demək olar ki, 4,5 milyon sum təşkil edir.

Anar Əliyev
Xəbəri paylaş