
Türkiyədə ağır yol qəzası baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Sivasda qeydə alınıb. Belə ki, Sivasda sərnişin avtobusu ilə yük maşını toqquşub.
Sivasın Yıldızeli rayonunda sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 20 nəfər yaralanıb.
Qəza yerinə səhiyyə, fövqəladə və polis qrupları sövq edilib. Yaralılar təcili tibbi yardım maşını ilə şəhər xəstəxanalarına çatdırılıb.
Mehman Mehdiyev