
Avropanın Rusiyaya qarşı döyüşkən ritorikasından əl çəkməsinin vaxtı çatıb.
Newscenter.az TASS-a istinadən xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot deyib.
Partiya lideri x sosial şəbəkə hesabında bunları qeyd edib:
O, X səhifəsində yazıb:
“Fransa bu tələdən çıxmalı və bu dəliləri tez bir zamanda aradan qaldırmalı, Ukrayna münaqişəsinə qarışmağı dayandırmalıdır. Yaxud, Paris Aİ və NATO-nu tərk etməlidir”.
Filippo qeyd edib ki, Fransa artıq Rusiyaya qarşı mümkün hərbi əməliyyatlar üçün planlar hazırlayır və Avropanın guya şübhəsiz qalib gələcəyini bəyan edir. Fransalı siyasətçi Qərbi “Rusiya təhlükəsi” ideyasından əl çəkməyə çağırıb.
Anar Əliyev











































