
Türkiyədə elektrik enerjisi istehsalı avqust ayında ötən ilin eyni ayı ilə müqayisədə 2,8 faiz artaraq 32.307.000 meqavat-saata çatıb.
Newscenter.az xəbər verir ki, bu barədə Enerji Bazarı Tənzimləmə Təşkilatı açıqlama verib.
Məlumata görə, elektrik enerjisi istehsalının 27,4 faizi təbii qazdan, 22,7 faizi idxal kömürdən, 14,1 faizi külək enerjisindən, 13,9 faizi su elektrik enerjisindən və 11,5 faizi liqnitdən əldə edilib.
Bu mənbələrdən sonra günəş enerjisi, geotermal, biokütlə, daş kömür, asfaltit və yanacaq yağı gəlir.
Eyni dövrdə fakturalı elektrik enerjisi istehlakı 3,9 faiz artaraq 28.661.392 meqavat-saata çatıb.
İstehlakın 34 faizini sənaye, 27,7 faizini yaşayış məntəqələri, 27,2 faizini isə dövlət və özəl kommunal xidmətlər və digər abunəçilər təşkil edib.
Mehman Mehdiyev












































