Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mərkəzi Asiyada ilk regional tədqiqat və innovasiya mərkəzi yaradılacaq

Mərkəzi Asiyada ilk regional tədqiqat və innovasiya mərkəzi yaradılacaq


Özbəkistanın Məktəbəqədər və Təhsili Nazirliyi, UNICEF və Fondazione Reggio Children arasında Mərkəzi Asiyada erkən uşaqlıq təhsili üzrə ilk regional tədqiqat və innovasiya mərkəzinin yaradılması üçün anlaşma memorandumu imzalanıb.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, mərkəzin yaradılması hər bir uşağın erkən yaşlarından keyfiyyətli təhsil almasını təmin etməyə yönəlmiş islahatların məntiqi davamıdır.

Təhsil Sisteminin Koordinasiya Departamentinin direktoru Lola Berdiyeva bildirib ki, bu, müəllimlərin peşəkar inkişafını tərəfdaşlarla sistemli şəkildə gücləndirməyə, elmi tədqiqatları təşviq etməyə və təcrübələri, xüsusən də inklüzivliyi, oyun vasitəsilə təhsili və sosial-emosional inkişafı tətbiq etməyə imkan verəcək.

Mehman Mehdiyev
Xəbəri paylaş