Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan mallarının 27 ölkənin bazarlarına geniş çıxış imkanı yaranacaq

Özbəkistan mallarının 27 ölkənin bazarlarına geniş çıxış imkanı yaranacaq



Özbəkistan və Avropa İttifaqı arasında imzalanmış "Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq" haqqında saziş Özbəkistan üçün Avstriyadan İsveçə qədər 27 ölkənin bazarlarına geniş çıxış imkanı yaradacaq.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, sahibkarlar üçün gömrük prosedurları sadələşdiriləcək, texniki maneələr azalacaq və ölkəyə Avropa investisiyalarının axını liberallaşacaq.

Eyni zamanda, bu, tələbələr və mütəxəssislər üçün viza tələblərini sadələşdirəcək, gənclərin Avropada təhsil almaq, elmi tədqiqatlarda və startaplarda iştirak etmək imkanlarını genişləndirəcək və süni intellekt, rəqəmsal təhlükəsizlik və elm sahələrində əməkdaşlığa qapı açacaq.

Qeyd edək ki, Özbəkistan və Avropa İttifaqı arasında münasibətlər 1 iyul 1996-cı ildən qüvvədə olan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” əsasında inkişaf edib və yeni “Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” onun məntiqi davamıdır.

Mehman Mehdiyev
Xəbəri paylaş