
Özbəkistanda süni intellekt texnologiyalarının daha da inkişaf etdirilməsi ilə bağlı prezident fərmanı qəbul edilib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Fərmanda qeyd edilir ki, 2026-cı ilin sonuna qədər dövlət idarəetmə orqanlarında, sosial sahədə və iqtisadi sektorlarda süni intellekt texnologiyalarının geniş tətbiqi ilə bağlı ən azı 100 layihə həyata keçiriləcək.
2030-cu ilin sonuna qədər müasir süni intellekt infrastrukturunun inkişafına 1 milyard dollardan çox xarici investisiya cəlb olunacaq.
2026-cı ilin sonuna qədər ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində 15 süni intellekt laboratoriyası istifadəyə veriləcək.
2025-ci ilin sonuna qədər süni intellekt sahəsində həyata keçirilən layihələr, proqramlar, startaplar və pulsuz onlayn kurslar haqqında məlumatları əks etdirən “ai.gov.uz” milli portalı istifadəyə veriləcək.
Süleyman











































