Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Pərvanə Vəliyeva Malayziyaya səfər edəcək

Deputat Pərvanə Vəliyeva Malayziyaya səfər edəcək


Milli Məclisin deputatı Pərvanə Vəliyeva oktyabrın 30-da Malayziyanın Kuala Lumpur şəhərinə səfər edəcək.

Newscenter.az xəbər verir ki, Pərvanə Vəliyeva Malayziya Parlamenti, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası Parlamentlərarası Assambleyasının (AİPA) və Şərqi Asiya üzrə İqtisadi Araşdırmalar İnstitutunun birgə təşkil etdiyi ikinci üçtərəfli forumda iştirak edəcək.

Forum çərçivəsində “Qeyri-sabit dünyada enerji təhlükəsizliyi: Geosiyasi gərginliklər dövründə asılılığın azaldırlması”,“İqlim kəsişməsi: Sıfır emissiya istiqamətində addımların sürətləndirilməsi” və digər mövzularda müzakirələr aparılacaq.

Səfər noyabrın 5-də başa çatacaq.

Süleyman
Xəbəri paylaş